Lənkəranda Heydər Əliyev Mərkəzində məktəblilərin bədii qiraət müsabiqəsi keçirildi
6 dekabr 2013-cü il tarixdə Lənkəranda Heydər Əliyev Mərkəzi və Şəhər Təhsil şöbəsinin birgə təşəbbüsü ilə Ümummilli Liderin xatirəsinə həsr olunmuş məktəblilərin bədii qiraət müsabiqəsi keçirildi.
Müsabiqəni giriş sözü ilə Mərkəzin direktoru S.Şəfiyeva açaraq iştirakçıları salamlamış,onlara dərslərində və yaradıcı qabiliyyətlərinin inkişafı sahəsindəki işlərində uğurlar arzulamışdır. Sonra Şəhər Təhsil şöbəsinin metodisti Səriyyə Kələntərli, Xanbulan qəsəbə tam orta məktəbinin direktoru Mərziyyə Əliyeva, şəhər 5 saylı tam orta məktəbinin direktor müavini Cəfər Fətullayev çıxış edərək bildirdilər ki, belə səpkili yarışmaların Heydər Əliyevin zəngin tarixi irsinin, şəxsi nümunəsinin aşılanmasıda,böyüməkdə olan gənc nəslin milli və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunmasında əvəzsiz rolu vardır. Qeyd edildi ki, bu gün hər bir gənc bu nadir Şəxsiyyətin keçdiyi ömür yolundan, zəngin təcrübəsindən, əsl vətənpərvərlik və xalqa xidmət nümunəsi götürməlidir. 20 məktəbin qatıldığı müsabiqədə I yerə şəhər 1 saylı tam orta məktəbin III sinif şagirdi Bayramzadə Jalə Mehman qızı, şəhər 10 saylı tam orta məktəbin V sinif şagirdi Rəfizadə Zəqəm Zəfər oğlu, şəhər 7 saylı tam orta məktəbin IV sinif şagirdi Mirzəzadə Fatimə İlham qızı, II yerə şəhər 8 saylı tam orta məktəbin X sinif şagirdi Şirvanzadə Günəş Şirvanəli qızı, şəhər 5 saylı tam orta məktəbin VIII sinif şagirdi Abdullazadə Elvin Səyavuş oğlu, şəhər 3 saylı tam orta məktəbin IX sinif şagirdi İbadzadə Şəbnəm İlkin qızı, III yerə şəhər 6 saylı tam orta məktəbin IX sinif şagirdi Əkbərli Cəmilə Rasim qızı, Səpnəkəran kənd tam orta məktəbinin III sinif şagirdi Qulamzadə Milana Nazim qızı, şəhər 4 saylı tam orta məktəbin IX sinif şagirdi Rəhimli Leyla Elman qızı Mərkəz tərəfindən diplomlarla təltif olundular.
Sonda iştirakçılar Ulu Öndərin həyat yolunu işıqlandıran filmə baxdılar.