Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Heydər Əliyev İrsi milli inkişaf konsepsiyasıdır” layihəsi çərçivəsində tədbir keçirildi

29 noyabr 2013 | 16:00

Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi “Heydər Əliyev İrsi milli inkişaf konsepsiyasıdır” layihəsi çərçivəsində rayonun Sütəmurdov və Şağlaküçə kənd tam orta məktəblərində səyyari tədbirlər keçirilmişdir. Əsas hədəf məktəbli-gənclərdə dünyagörüşün formalaşması, irsin və tarixi yaddaşın aşılanması olmuşdur. Hər iki təhsil müəssisəsində Mərkəzin baş mühafizi Aygün İbrahimovanın Ulu Öndərin Azərbaycan ideologiyası və dövlətçilik fəlsəfəsi haqqında geniş məlumatları dinlənilmişdir. Çıxışlarda vurğulanmışdır ki, Şərqlə Qərb arasında yerləşən Azərbaycan məhz bu dərin düşüncəyə malik siyasətçinin tarixi xidmətləri nəticəsində dünya sivilizasiyasında özünü təsdiq etməyə nail olmuşdur. Azərbaycanın dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək, ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyəti qurmaq onun dövlətçilik fəlsəfəsinin əsas qayəsi olmuşdur. Bu gün ideoloji mərkəzlər və təhsil müəssisələri tərəfindən məktəbli gənclərdə Vətən amalı hisslərinin formalaşması, sivil dünyagörüşün inkişaf etdirilməsi, ictimai əhəmiyyət kəsb edən prinsiplərin aşılanması istiqamətində müxtəlif forma və metodlu tədbirlərin keçirilməsi, Ulu Öndərin ən başlıca tövsiyyəsi olması bir daha gündəmə gətirilmişdir.

Keçidlər