LƏNKƏRAN RAYONUNUN GƏRMƏTÜK BƏLƏDİYYƏSİNDƏ “AÇIQ QAPI” GÜNÜ KEÇİRİLDİ
Noyabrın 28-də Azərbaycanda “Yerli demokratiya həftəsi” çərçivəsində Gərmətük bələdiyyəsində “Açıq qapı” günü keçirildi.
Tədbiri giriş sözü ilə Gərmətük bələdiyyəsinin üzvü Rahidə Fərəcova açaraq ərazidə vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması, eyni zamanda, bələdiyyənin gördüyü işlər və həyata keçirdiyi tədbirlər barədə məlumat verdi.
Sonra Gərmətük qəsəbə sakini Baloğlan İbadov, Kosalar kənd sakini Barat Yunusov, Velədi kənd sakini Həsənəli Hüseynov, Bala Şürük kənd sakini Azad Cavadov və başqaları çıxış edərək yaşadıqları ərazilərdə Gərmətük bələdiyyəsinin gördüyü işlər barədə söhbət açdılar, bəzi mövcud problemləri diqqətə çatdırdılar.
Azərbaycan Respublikası Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının nümayəndəsi Vüsal Paşayev “Yerli demokratiya həftəsi” nin keçirilməsinin əhəmiyyətindən söhbət açdı, yerli bələdiyyələrin qarşısında duran vəzifələrdən danışdı, vətəndaşların arzu və təkliflərinə həssaslıqla yanaşılmasının, onların sosial problemlərinin həlli məsələlərinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğuladı.