Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA “YERLİ DEMOKRATİYA HƏFTƏSİ” ÇƏRÇİVƏSİNDƏ DƏYİRMİ MASA TƏŞKİL OLUNDU

29 noyabr 2013 | 16:00

Noyabrın 25-dən dekabrın 1-dək  Azərbaycanda “Yerli demokratiya həftəsi” keçirilir. Həftəlik çərçivəsində respublikamızın  hər yerində olduğu kimi, Lənkəranda da müxtəlif tədbirlər düzənlənir.
Noyabrın 28-də həftəlik çərçivəsində Lənkəran şəhər Gənclər Evində dəyirmi masa keçirildi.
Dəyirmi masa “Gənclərin yerli əhəmiyyətli məsələlərin həllində  vətəndaş fəallığının artırılması” mövzusuna həsr olunmuşdu.
Dəyirmi masanı giriş sözü ilə açan Lənkəran şəhər bələdiyyəsinin sədri Eldar Hüseynov  yerli demokratiya həftəsi ilə əlaqədar tədbirlər planı haqqında məlumat verdi.
Tədbirdə iştirak edən  Azərbaycan Respublikası Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının nümayəndəsi Vüsal Paşayev  “Yerli demokratiya həftəsi”nin  keçirilməsinin məqsədlərindən söz açdı.
Sonra  Lənkəran şəhər bələdiyyəsi sədrinin birinci müavini Tağı Məmmədov “Gənclərin yerli əhəmiyyətli məsələlərin həllində vətəndaş fəallığının artırılmasında bələdiyyələrin rolu” mövzusunda məruzə etdi.
Dəyirmi masada iştirak edən Lənkəranın ali və orta ixtisas müəssisələrinin tələbələri tərəfindən bir sıra təkliflər irəli sürüldü və onları maraqlandıran suallar cavablandırıldı.

Keçidlər