Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA “AZƏRBAYCANDA MƏNZİL-KOMMUNAL SAHƏSİNDƏ YENİ MÜNASİBƏTLƏR” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

28 noyabr 2013 | 16:00

Noyabrın 28-də Gənclər Mərkəzində Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda mənzil-kommunal sahəsində yeni münasibətlər” mövzusunda konfrans keçirildi.
Konfransda Lənkəran iqtisadi rayonuna daxil olan İcra Hakimiyyəti başçılarının sosial-iqtisadi məsələlər üzrə müavinləri, kənd və qəsəbə İcra nümayəndələri, bələdiyyə sədrləri və KİV-nin nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Lənkəran ŞİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov açaraq iştirakçıları Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşovun adından salamladı, konfransın işinə uğurlar arzuladı.
İ. Rəhimov dövlət başçısı cənab Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğısı sayəsində Lənkəranda da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini bildirdi, Lənkəranda belə tədbirlərin təşkilinin əhalinin mənzil-kommunal sahəsində yeni münasibətlərə dair məlumatlandırılmasında böyük əhəmiyyət daşıdığını vurğuladı.
Sonra Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov çıxış edərək ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində regionların simasının günü-gündən  gözəlləşdiyini bildirdi. Qəbul olunmuş yeni Mənzil Məcəlləsi haqqında məlumat verən N.Qasımov bu məcəllənin vətəndaşların mənzil hüququnun maneəsiz həyata keçirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, həmçinin bu sahədə köklü islahatların aparılması üçün münbit şərait yaradacağını vurğuladı.
Avropa Komissiyasının “Azərbaycan Respublikasında Mənzil-kommunal sahəsində islahatlara dəstək” layihəsinin rəhbəri, Avropa İttifaqının eksperti Yerji Fişer Azərbaycanın mənzil-kommunal sektorunda islahatlar, bu sahənin yeni Mənzil Məcəlləsinə uyğun olaraq idarə olunması, Avropa ölkələrinin təcrübəsi barədə danışdı.
İqtisadiyyat və Sənaye Nazirliyi Mənzil-kommunal siyasəti şöbəsinin müdir müavini Elşən Əsədov Mənzil Məcəlləsindən irəli gələn vəzifələr, yeni idarəetmə üsulları, Məcəllənin tətbiq edilməsi istiqamətində yerli İcra hakimiyyəti orqanları və bələdiyyələrlə birgə işin təşkili barədə təqdimatla çıxış etdi.
İqtisadi islahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev ölkədə Mənzil Məcəlləsinin qəbul edilməsi ilə bütövlükdə mənzil-kommunal sahəsində islahatların başlanılmasına təkan verildiyini  bildirdi.
Çıxışlardan sonra mövzu ilə bağlı suallar cavablandırıldı, iştirakçılara “Mənzil fondunun yeni idarəetmə üsullarına dair sənədlər toplusu” kitabı paylandı.

Keçidlər