ÜMUMRAYON İMƏCİLİYİ
Avqustun 25-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sərəncamına əsasən şəhərimizdə, rayonun qəsəbə və kəndlərində iməciliklər, abadlıq-təmizlik işləri davam etdirildi.
İməcilik zamanı həmişəki kimi şəhərimizin bütün park və xiyabanlarında, prospekt, küçə və bağlarında təmizlik işləri aparıldı, abadlıq və səliqə-səhman tədbirləri görüldü, səkilər, suötürücü arxlar zibillərdən təmizləndi, bardürlər ağardıldı, yeni əkilmiş ağac və gül kolları suvarıldı, divarlar və həyət qapıları rəngləndi.
Növbəti şənbə iməciliyində ayrı-ayrı kollektivlər, bütün idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhərimizin demək olar ki, bütün prospekt və küçələrində, qəsəbə və kəndlərdə yerli sakinlər yaşadıqları ərazilərdə səliqə-səhman işlərinin görülməsində yaxından iştirak etdilər.