LƏNKƏRANDA ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD EDİLDİ
Noyabrın 22-də Lənkəranda ədliyyə işçilərinin peşə bayramı təntənə ilə qeyd edildi.
Əvvəlcə ədliyyə işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyev Xatirə parkına gələrək Ulu Öndərin abidəsini ziyarət etdilər, abidənin önünə gül dəstələri qoydular.
Lənkəran Rayon Məhkəməsinin inzibati binasında keçirilən bayram tədbirni giriş sözü ilə Məhkəmənin sədri Elçin Kazımov açdıqdan sonra ədliyyə orqanlarının keçdiyi 95 illik şərəfli tarixi haqqında geniş məruzə etdi.
Lənkəran Şəhər İcra Hakimiyyəti aparatında hüquq şöbəsinin müdiri Fuad Əhədov İcra başçısı Taleh Qaraşovun adından ədliyyə işçilərini təbrik etdi, onlara şərəfli fəaliyyətlərində uğurlar arzuladı.
Məruzə ətrafında müzakirələrdə Ədliyyə Nazirliyi Lənkəran Regional şöbəsinin rəisi İlkin Nəcəfov, hakimlərdən Mütəllim İsayev, Məmmədəli Rzayev, Lənkəran Qeydiyyat şöbəsinin müdiri Əzizulla Şükürov və ədliyyə veteranı Sabir Qarayev çıxış edərək ürək sözlərini söylədilər, rəy və təkliflərini bildirdilər.
Sonda ədliyyə veteranı Sabir Qarayevə qiymətli hədiyyə təqdim edildi, Lənkəran Rayon Məhkəməsinin xidməti fəaliyyətdə fərqlənən bir qrup əməkdaşına təşəkkür elan olundu.