HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ MƏKTƏBLİ-GƏNCLƏR ÜÇÜN MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLDİ
22 noyabr 2013-cü il tarixində H.Əliyev Mərkəzində məktəbli–gənclər üçün ’’Azərbaycan dilinin və əlifbasının inkişaf etdirilməsində Heydər Əliyevin tarixi rolu’’ mövzusunda açıq tarix dərsi təşkil olunmuşdur. Dərsi H.Əliyev İrsi Araşdırma Mərkəzinin Lənkəran bürosunun rəhbəri S.Hüseynova aparmışdır. Dinləyicilərə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri barədə geniş məlumat verilmişdir.Bildirilmişdir ki, o Azərbaycana rəhbərlik etdiyi ilk illərdə xalqın mənəvi-mədəni həyatına, onun dilinin inkişafına böyük diqqət və qayğı göstərmişdir.Ikinci dəfə hakimiyyətə qayıdışından sonra da Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi ilə əlaqədar müxtəlif sərəncam və fərmanlar imzalamışdır.Bununla da H.Əliyev hər bir azərbaycanlı qarşısında böyük vətəndaş qətiyyəti və məsuliyyəti qoymuş oldu.Onun Vətən amalı və Azərbaycançılıq ideologiyasına söykənərək ölkə prezidenti cənab İlham Əliyev bu gün dilimizə , milli –mənəvi ənənələrimizə böyük diqqət və həssaslıqla yanaşır.Dərsin sonunda dinləyicilər Ümummilli Liderin ictimai-siyasi fəaliyyətini əks etdirən memorial muzeylə tanış olmuşlar.