Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN DÖVLƏT DRAM TEATRINDA ÜMUMDÜNYA UŞAQLAR GÜNÜNƏ HƏSR OLUNMUŞ KONSERT KEÇİRİLDİ

20 noyabr 2013 | 16:00

Noyabrın 19-da Lənkəran Dövlət Dram Teatrında  “Мüstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi ictimai birliyinin təşəbbüsü, Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə Ümumdünya Uşaqlar Gününə həsr olunmuş konsert proqramı keçirilib.
Konsertdən əvvəl qonaqlar teatrın foyesində yeniyetmələrin hazırladıqları əl işlərindən ibarət sənət nümunələri və rəsm sərgisi ilə tanış olublar.
Proqram Azərbaycan Respublikası Dövlət himninin oxunması ilə başlayıb.
Lənkəran ŞİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov çıxış edərək qonaqları İcra başçısı Taleh Qaraşovun adından salamlayaraq Ümumdünya Uşaqlar Günü münasibətilə təbrik  edib.
Sonra konsert proqramına start verilib. Proqram ərzində müxtəlif yaş qruplarından yeniyetmə və gənclər cəmiyyətdə sülh və barışa, həmçinin qayğıya ehtiyacı olanlara, diqqətə həsr olunan şən mahnılar ifa edib, şeirlər söyləyiblər. Konsertdə həmçinin şəhər Təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin şagirdlərinin ifasında müxtəlif rəqs nümunələri nümayiş etdirilib.
Maraqlı və əyləncəli keçən konsert proqramı iştirakçılarda xoş ovqat yaradıb, azyaşlılara sevinc bəxş edib.

Keçidlər