Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ TURİZM SƏRGİSİ KEÇİRİLDİ

19 noyabr 2013 | 16:00

18 noyabr 2013-cü il tarixdə Lənkəranda Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Lənkəran Turizm İnformasiya Mərkəzi və Mədəniyyət və Turizm şöbəsi  tərəfindən Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Turizm sərgisi təşkil olundu.
Sərgidə cənub bölgəsinin turizm potensialı, el sənətkarlığı və folklor nümünələri nümayiş etdirildi. Sərgidə Lənkəranla yanaşı Astara, Lerik, Masallı rayonlarının Mədəniyyət və Turizm şöbələri, mehmanxana və mehmanxana tipli obyektlərin nümayəndələri iştirak edirdilər. Sərgidə hər rayon üçün xüsusi stendlər hazırlanmışdı. Tədbir çərçivəsində Cənub bölgəsinin zəngin adət-ənənələri, mətbəxi, folkloru və füsunkar təbiəti haqqında geniş məlumatlar verildi. Sərgi iki gün davam edəcək və 19 noyabr tarixdə sona çatacaqdır. Sərgi Aztv, Space, ATV, Lider, İctimayi tv, Cənub tv telekannalları tərəfindən işıqlandırıldı.

Keçidlər