Heydər Əliyev Mərkəzində “17 noyabr -Milli Dirçəliş Günü”nə həsr edilmiş tədbir keçirildi
15 noyabr 2013-cü il tarixdə Heydər Əliyev Mərkəzində daha bir tarixi gün-17 noyabr Milli Dirçəliş Günü qeyd olundu. Lənkəran Tibb Kollecinin I kurs tələbələrinin qatıldıgı tədbir Azərbaycanda milli azadlıq hərəkatını özündə əks etdirən video-süjetlə başladı.Sonra H.Əliyev Mərkəzinin direktoru S.Şəfiyeva əsas qayəsi Vətən və torpaq ,azadlıq və müstəqillik uğrunda mübarizə olan 1998-ci ilin noyabr hadisələri və bu hadisələrin tarixi əhəmiyyəti barədə məlumat verdi.
Tədbirdə Mərkəzin əməkdaşı F.Məmmədovanın ’’Milli mənlik şüurunun oyanış günü’’ mövzusunda mühazirəsi dinlənildi.Qeyd olundu ki,Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi öz tarixi qiymətini almış və Respublikamızın istiqlaliyyət qazanmasında müstəsna rol oynamışdır.Sonda ıştirakçılar XX əsrin böyük dövlət və siyasət xadimi, Azərbaycan xalqının milli Lideri Heydər Əliyevın tarixi- siyasi nailiyyətlərini əks etdirən ekzpozisiya ilə tanış oldular.