LƏNKƏRANDA DÖVLƏT BAYRAĞI GÜNÜ TƏNTƏNƏ İLƏ QEYD EDİLDİ
Noyabrın 8-də Dövlət Bayrağı Günü münasibətilə Lənkərandakı Dövlət Bayrağı Meydanında bayram tədbiri keçirildi.
Tədbirdən əvvəl Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra Aparatının rəsmiləri və hüquq-mühafizə orqanlarının rəhbərləri şəhər uşaq rəssamlıq məktəbi şagirdlərinin Azərbaycan Bayrağına həsr etdikləri rəsm sərgisi ilə tanış oldular.
“Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq – öz yurduma öz hakimliyim ” adlı bayram tədbirində N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aktyorlarının və rayonumuzun incəsənət ustalarının ifasında ədəbi-bədii konpozisiya nümayiş etdirildi, bir-birindən maraqlı şeirlər səsləndirildi, rəngarəng mahnılar ifa olundu.
Bayram tədbirində Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, tələbələr və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.