HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ “DÖVLƏT BAYRAĞI GÜNÜ”NƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLDİ
7 noyabr 2013-cü il tarixində H.Əliyev Mərkəzində Dövlət Bayragı Gününə həsr olunmuş ’’Bir kərə yüksələn bayraq’’ adlı tədbir keçirilmişdir.İştirakçılar öncə yaradıcı yeniyetmə və gənclərin əl işlərinin sərgisi ilə tanış olmuşlar.Tədbiri giriş sözü ilə Mərkəzin direktoru S.Şəfiyeva açaraq Dövlət Bayrağı Gününün qeyd olunmasının ictimai-siyasi əhəmiyyəti barədə məlumat vermişdir.Sonra Mərkəzin baş mühafizi A.İbrahimovanın məruzəsi,Lənkəran Dövlət Hümanitar Kollecinin tələbələri M.Cəbiyevin və R.Sadıqlının çıxışları dinlənilmişdir.Tədbirdə birmənalı olaraq vurğulanmışdır ki , bu gün dövlət müstəqilliyinin müqəddəs rəmzlərinin geniş təbliği, gənclərə dərindən aşılanması azərbaycançılıq və müstəqillik kimi sosial-siyasi, milli-mənəvi dəyərlərə dərin ehtiramın əsas amilidir. Dövlətimizin siyasi pasportu olan bayrağa hörmət və ehtiram hər bir insanın böyük çətinliklər hesabına müstəqilliyə qovuşan qüdrətli Azərbaycan dövlətinə,xalqına olan məhəbbətinin təcəssümüdür.Sonda iştirakçılara Dövlət Bayrağı Meydanının yaradılması ilə bağlı film nümayiş etdirilmişdir.