Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA AĞACƏKMƏ AKSİYASINA START VERİLDİ

31 oktyabr 2013 | 16:00

Lənkəran şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən noyabr ayının 01-dən 30-na kimi şəhər ərazisinin yaşıllaşdırılmasına dair sərəncam imzalanıb. Sərəncama əsasən bugün növbəti ümumrayon iməciliyi keçirildi və iməcilikdə 6000-ə yaxın yol ətrafında agac əkildi.
Lənkəranın şəhər, qəsəbə və kəndlərində 2013-cü ilin noyabr ayının 1-dən 30-dək yaşıllaşdırma  aylığı keçirilir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının şöbələri, ərazi dairələrindəki icra nümayəndələri, Lənkəran şəhər Mənzil istismar və kommunal müəssisələr idarəsi, Mənzil təsərrüfatı idarəsi, Yaşıllaşdırma idarəsi, Lənkəran şəhər 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, 1 saylı ərazi üzrə Ekologiya və təbii sərvətlər şöbəsi, Lənkəran Meşə bərpası və mühafizəsi müəssisəsi, Hirkan Milli Parkı  və digər aidiyyəti təşkilatlar, Lənkəranın şəhər, qəsəbə və kəndlərinin ərazilərində iməcliklər keçirib əhalinin iştirakı ilə park, bağ və meydanlarda,  magistral yol və küçə kənarlarında ağac, həmişəyaşıl, dekorativ kolların əkilməsinə start verildi. Lənkəran şəhər icra hakimiyyəti başçısının təşəbbüsü ilə şəhərin müxtəlif ərazilərində keçirilən aksiyada əsasən şəhərin cənub girişindən Sütəmürdov kəndi ərazisindən başlayaraq yol boyunca Cənub bölgəsinin təbiətinə uyğun olan palma, dəmirağacı, çinar, ağcaqayın və şam ağacları əkilirdi. Səhər saatlarından başlanan iməcilikdə şəhərin idarə, müəssisə və təşkilatları eləcədə 1000 nəfərə yaxın nümayəndə iştirak edirdi.Agacəkme aksiyasında iştirak edən ŞİH-nin başçısı cənab Taleh Qaraşov onuda bildirdi ki, Ölkə başçısının tapşırıgına əsasən görülən işlər sürətlə davam etdirilir və Lənkəran şəhəri günü gündən gözəlləşir. Ümumiyyətlə burada ilin sonuna kimi hava şəraitinin imkan verdiyi bütün günlərdə agac əkinləri mütəmadi olaraq davam etdiriləcəkdir. Əkilən ağaclar əsasən Lənkəran rayonun yerli şəraitinə uyğun olaraq yetişdirilir. Ümumilikdə Lənkəranda kütləvi ağacəkmə kompaniyasında 50 minə yaxın agac əkilməsi planlaşdırılıb.

Keçidlər