Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“Lənkəran payızı-II" adlı Folklor Festivalının yekun turu keçirildi

29 oktyabr 2013 | 16:00

Klub tipli müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi və canlandırılması məqsədilə oktyabr ayının 13-dən etibarən Q.Vəliyev adına şəhər mədəniyyət mərkəzinin filiallarında "Lənkəran payızı-II" adlı Folklor Festivalının 1-ci turu keçirilmişdir. Festivalın birinci turunda uğurla çıxış edən klub müəssisələri festivalın yekun turuna vəsiqə qazanmışlar. Yekun tur 28 oktyabr tarixində Q.Vəliyev adına mədəniyyət mərkəzinin tamaşa zalında təşkil olunmuşdur. Festivalda 40-dan artıq klub müəssisəsinin folklor numayəndələri maraqlı konsert nömrələri ilə çıxış etmişlər. Festival saat 11:00-da başlanmış və 17:00-da başa çatmışdır. Münsiflər heyyətinin qərarına əsasən qalib olmuş klub müəssisələrinin nümayəndələrinə qiymətli hədiyyələr verilmişdir. Bu səpkidə tədbirlər bundan sonra da davam etdiriləcəkdir və noyabr ayında artıq sənətkarlıq festivalına start veriləcəkdir.

Keçidlər