Lənkəranda “Xalqını müstəqilliyə qovuşduran lider” mövzusunda tədbir keçirilmişdir.
Oktyabrın 18-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi ikinci ildönümünə həsr olunmuş “Xalqını müstəqilliyə qovuşduran lider” mövzusunda tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində ümummilli liderin büstünün önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və foto şəkillərlə tanış olmuşlar.
Toplantıda Mərkəzin direktoru Seyidzadə Şəfiyeva Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi ikinci ildönümü ilə bağlı məruzə etmişdir.
Müstəqil Azərbaycan Respublikasının son 22 ildə keçdiyi yoldan ətraflı söhbət açan S.Şəfiyeva, müstəqilliyimizin qorunub saxlanmasında, dövlətçiliyimiizin möhkəmləndirilməsində ümummilıli liderin əvəzolunmaz xidmətlərindən danışmış, ölkəmizin dünyanın ən inkişaf etmiş ölkələrlə bir sırada addımlamasında, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında ulu öndərin siyasi xəttinin layiqli davamçısı, Prezident Əliyevin Vətən və xalq qarşısında xidmətlərini yüksək qiymətləndirmişdir.
Toplantıda çıxış edənlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasından, ölkəmizin bu günkü inkişafından qürur hissi keçirdiklərini, müstəqil Respublikamızın sabahının daha gözəl olacağını əminliklərini ifadə etmişlər.
Mərasim iştirakçıları Mərkəzin rəsm studiyası üzvlərinin Azərbaycanın dövlət müstəqilliyi gününə həsr olunan rəsm əsərləri ilə tanış olmuş, sənədli filmə tamaşa etmişlər.