İCRA BAŞÇISININ ŞƏHƏR SAKİNLƏRİ İLƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşlərini oktyarın 7-də şəhərin Heydər Əliyev, Hacı Zeynəlabdin Tağıyev, Arif Bağırov, Cəfər Cabbarlı, Səttərxan, Müslüm Maqamayev, Azad Mirzəyev, Koroğlu və Ağaməmmədli küçələridə yaşayan sakinlərlə keçirdi.
Görüşlərdə İcra başçısının müavinləri, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Tədbirləri giriş sözü ilə Lənkəran ŞİH başçısının 1 nömrəli sahə üzrə inzibati ərazi dairəsinin nümayəndəsi Vidadi Dadaşov açaraq ərazilər və sakinlər haqqında məlumat verdi.
Görüşlərdə sakinlərdən Akif Xalıqov, Könül Nəhmətova, Həmdulla Əliyev, Tarix Talıbov və başqaları çıxış edərək ölkəmizdə, o cümlədən, rayonumuzda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə, eyni zamanda əhaliyə göstərilən yüksək diqqət və qayğıya görə Prezidentimiz cənab İlham Əliyevə və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova dərin minnətdarlıqlarını bildirdilər, oktyabrın 9-da keçiriləcək növbəti prezident seçkilərində dövlət başçımızın namizədliyini dəstəkləyəcəklərini əminliklə söylədilər.
Tədirlərdə həmçinin bəzi sakinlər şəxsi xahişləri ilə İcra başçısına müraciət etdilər.
Görüşləri yekunlaşdıran Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dövlətimizin beynəlxalq nüfuzunun gündən-günə artdığını və ölkə iqtisadiyyatının gücləndiyini, qazanılan uğurlar nəticəsində əhalinin maddi rifah halının getdikcə yaxşılaşdığını söylədi, regioların daha da ikişafı üçün qarşıda yeni layihələrin və real proqramların olduğunu bildirdi, bütün lənkəranlıları cənab Prezidentin ətrafında sıx birləşməyə çağırdı.
İcra başçısı görüşlərdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini söyləyərək cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.