Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISI ŞƏHƏRİN “SU-8” ADLANAN ƏRAZİSİNDƏKİ SAKİNLƏRLƏ GÖRÜŞDÜ

04 oktyabr 2013 | 15:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü oktyabrın 3-də şəhərin Şəhidlər Xiyabanı küçəsində yaşayan sakinlərlə keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının və bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Lənkəran ŞİH başçısının 1 nömrəli sahə üzrə inzibati ərazi dairəsinin nümayəndəsi Vidadi Dadaşov açaraq ərazi və sakinlər haqqında məlumat verdi.
Sonra iştirakçılardan bir neçəsi çıxış edərək son vaxtlar ərazidə aparılan abdlıq işlərindən, əldə olunan uğurlardan danışdılar, mövcud olan bəzi problemləri İcra başçısının diqqətinə çatdırdılar, məsələlərin həlli ilə bağlı təkliflərini səsləndirdilər.
Çıxış edənlər həmçinin son vaxtlar ölkəmizdə aparılan sosial-iqtisadi islahatlardan söz açaraq qazanılan nəaliyyətlərin əhalinin həyat şəraitinin yaxşılaşmasında getdikcə daha aydın göründüyünü bildirdilər. Bütün bunlara görə dövlət başçımıza minnətdar olduqlarını, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklərini əminliklə söylədilər.
Görüşdə çıxış edən İcra başçısı Taleh Qaraşov Ümummilli Lider Heydər Əliyev ideyalarının xalqımıza əmin-amanlıq və rifah bəxş etdiyini, hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin bu ideyalara sədaqətlə bağlanaraq xalqımızın və dövlətimizin daha böyük uğurlar qazanması üçün inam və cəsartlə çalışdığını bildirdi. Məhz bunun sayəsində ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artdığını, ölkə iqtisadiyyatının yüksəldiyini, dövlətimizin hərbi potensialının daha da gücləndiyini söylədi. Bütün bu uğurların davamı üçün hamını cənab Prezidentin ətrafında sıx birləşməyə çağırdı.
Sonda İcra başçısı səsləndirilən təkliflərin icrası ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlarını verdi.

Keçidlər