Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISININ KOSALAR KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ

03 oktyabr 2013 | 15:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü oktyabrın 2-də Kosalar kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və aparıcı təşkilatların rəhbərləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Lənkəran ŞİH başçısının Kosalar inzibati ərazi dairəsi üzrə nümayəndəsi Habil Məmədov açaraq nümayəndəliyə daxil olan Kosalar və Başal Şürük kəndləri haqqında məlumat verdi.
Görüş iştirakçılarından təqaüdçü Barat Yunusov, müəllimlər Sədail Ağayev, Mirəzim Əskərov və başqaları çıxış edərək son vaxtlar respublikamızda, o cümlədən rayonumuzda aparılan geniş quruculuq işlərindən danışdılar, həyata keçirilən sosial-iqtisadi proqramların vətəndaşların həyat şəraitinin daha da yaxşılaşmasında müstəsna rol oynadığını bildirdilər, ərazidə görmək istədikləri yeniliklərlə bağlı təkliflərini İcra başçısının diqqətinə çatdırdılar.
Çıxış edənlər həmçinin bu gün dövlətimizin iqtisadi-siyasi cəhətdən güclənməsində, Azərbaycanın nüfuzunun beynəlxalq aləmdə artmasında əvəzsiz xidmətlər göstərmiş cənab Prezidentin həyata keçirdiyi daxili və xarici siyasəti hamılıqla dəstəklədiklərini, qarşıdan gələn 9 oktyabır prezident seçkilərində yekdilliklə Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevə səs verəcəklərini əminliklə söylədilər.
Görüşü yekunlaşdıran ŞİH-nin başçısı Taleh Qaraşov çıxışlarından ərazidə yaşayan insanların xaraktercə səmimi və qonaqpərvər, dövlətçiliyə və millətçiliyimizə möhkəm bağlı olduqlarının açıq sezildiyini söylədi. Hazırda dövlətimizin siyasi gücünün hər gün daha da artmaqda olduğunu bildirən İcra başçısı bu işdə ölkə başçısının məqsədyönlü və gələcəyə hesablanmış siyasətinin mühüm rol oynadığını, hər bir azərbaycanlı kimi lənkəranlıların da bu uğurda cənab Prezidentə dəstək olmalarının vacibliyini vurğuladı.
Taleh Qaraşov sonda sakinlər tərəfindən səsləndirilən təkliflərin qısa müddət ərzində həyata keçiriləcəyini bildirdi.

Keçidlər