Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISININ QURUMBA KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ

03 oktyabr 2013 | 15:00

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü oktyabrın 2-də Qurumba kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra xidmət sahələrinin, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Qurumba inzibati ərazi dairəsinin nümayəndəsi Arzu Həsənov əraziyə daxil olan Qurumba və Narbağı kəndlərində 1527 nəfər əhalinin yaşadığını söylədi, onların məşğuliyyəti barədə qısa məlumat verdi, bəzi sosial-iqtisadi məsələləri İcra başçısının diqqətinə çatdırdı.
Ayrı-ayrı kənd sakinlərindən Təbriz Babayev, Ələddin Ramazanov, Yüzbaşı Ağayev, Əliqüdrət Təhməzli və başqaları çıxış edərək əraziyə təbii qazın verilməsi ilə əlaqədar Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevə və Lənkəran ŞİH-nin başçısı cənab Taleh Qaraşova minnətdarlıqlarını bildirdilər, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində dövlət başçımızın namizədliyini yekdilliklə dəstəkləyəcəklərinə söz verdilər.
Görüşü yekunlaşdıran İcra başçısı Taleh Qaraşov Azərbaycanın sürətlə inkişaf etdiyini, yeni iş yerlərinin açıldığını qeyd etdi, cənab Prezidentin hər bir Azərbaycan vətəndaşının yaxşı və firavan yaşaması üçün təxirəsalınmaz və vacib tədbirlərin həyata keçirdiyini bildirdi, bunun Lənkəranın timsalında aydın göründüyünü, yenidənqurma, tikinti və abadlıq işlərinin geniş vüsət aldığını söylədi.
İcra başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətinin uğurlarından geniş bəhs etdi, Azərbaycanın dünya dövlətləri sırasında layiqli yer tutduğunu diqqətə çatdırdı, paytaxt Bakının beynəlxalq yarışların və turnirlərin mərkəzinə çevrildiyini xüsusi vurğuladı, Qarabağ konfliktinin tezliklə həllini tapacağını əminliklə söylədi və hamını ölkə başçısının ətrafında sıx birləşməyə çağırdı.
Taleh Qaraşov sonda qaldırılan təkliflərin icrası üçün aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər