Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISININ SÜTƏMURDOV KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ

03 oktyabr 2013 | 15:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü oktyabrın 2-də Sütəmurdov kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra  aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının Sütəmurdov inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Hüseynov  kənddə 4129 nəfər əhalinin yaşadığını bildirdi, bir sıra sosial problemləri İcra başçısının diqqətinə çatdırdı.
Sonra kənd sakinlərindən Fəxri Sadıqov, Qəribəli Cəfərov, Xeybər Xosrovov, Rahab Nəzərov, Fəxrəddin Canıyev və başqaları çıxış edərək kəndə təbii qaz xəttinin çəkilməsinə və su-kanalizasiya sisteminin yenilənməsinə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər, məktəbə gedən yolun təmir olunmasını xahiş etdilər, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində yekdilliklə Ulu Öndərin siyasi kursunun davamçısına səs verəcəklərini əminliklə söylədilər.
Görüşü yekunlaşdıran Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bildirdi ki, cənab Prezident İlham Əliyevin Lənkərana göstərdiyi diqqət və qayğı sayəsində son 1 il ərzində rayonumuzda aparılan işlərə əhalinin verdiyi yüksək qiymət bizi daha yaxşı işləməyə ruhlandırır.
İcra başçısı həmçinin Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizin tənəzzüldən inkişafa keçid almasından, son 10 il ərzində müasir Azərbaycanın tarixində böyük uğurların qazanılmasından, yeni layihələrin insanların həyat şəraitinə müsbət təsirindən danışdı, cənab Prezidentin rəhbərliyi altında şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsindən, ölkəmizin bütün sahələrində hökm sürən iqtisadi-siyasi sabitlikdən, dövlətimizin büdcəsinin sosial yönümlü olmasından, Azərbaycanda orta təbəqənin formalaşmasından, Azərbaycanın tolerant dövlət olmasından, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq ideyasından, hazırda Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında həyata keçirilən qlobal layihələrdən söz açdı.
Taleh Qaraşov sonda  məktəbə gedən yolun  təmiri üçün müvafiq qurumların rəhbərlərinə operativ tapşırıqlarını verdi.

Keçidlər