Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISININ GİRDƏNİ KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ

01 oktyabr 2013 | 15:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 30-da  Girdəni kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının Girdəni inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şirin Əzizova  ərazidə 1444 təsərrüfatda 5340 nəfər əhalinin yaşadığını bildirdi və mövcud olan bəzi problemləri İcra başçısının diqqətinə çatdırdı.
Kənd sakinlərindən Məmmədxan Kərimov, Akif Xəlilov, Bahaddin Məmmədov, Vəfa Paşayeva, Xavər Adullayeva və başqaları respublikamızda, o cümlədən rayonumuzda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə yüksək qiymət verdilər, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində yekdilliklə möhtərəm Prezidentimiz İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirdilər.
Çıxışlarda həmçinin kənd tam orta məktəbinin. uşaq baxçasının. mədəniyyət evinin əsaslı təmiri xüsusi vurğulandı məktəbi yaxınlığında yerləşən magistral yolda sürətməhdudlaşdırıcı maneənin quraşdırılmasının zəruriliyi İcra başçısının nəzərinə çatdırıldı.
Görüşü yekunlaşdıran Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bu ərazidə yaşayan sakinlərin hər zaman Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarına, dövlətimizə və dövlətçiliyimizə sadiq olduqlarını xüsusi vurğuladı. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sürətli inkişafından söz açan İcra başçısı qeyd etdi ki, xalqımızın milli maraqları hər zaman qorunur və getdikcə möhkəmlənir. Azərbaycan vətəndaşları fəxr edir və qürrələnirlər ki, onların arxasında qüdrətli Azərbaycan dövləti və alternativi olmayan Prezidenti İlham Əliyev dayanır. Bu dövlətin və hakimiyyətin ömrü uzundur, çünki o, xalqa arxalanır.
İcra başçısı sonda bugünkü görüş zamanı qaldırılan təkliflərin tezliklə həll ediləcəyini bildirdi və onların icrası üçün aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər