Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

ÜMUMRAYON İMƏCİLİYİ

18 avqust 2012 | 15:00

Avqustun 18-də Lənkəranda ümumrayon iməciliyi davam etdirildi. Həmişə olduğu kimi, iməcilik zamanı şəhərimizin park və bağlarında, prospekt və küçələrində səliqə-səhman, təmizlik işləri yerinə yetirildi, ağacların gövdələri ağardıldı, yaşıllıqlar və gül kolları suvarıldı, səki və yollardakı kollar, alaq otları təmizləndi. Həmin gün rayonumuzun qəsəbə və kəndlərini əhatə edən inzibati ərazi dairələrinin və bələdiyyələrin nümayəndələri ilk növbədə Lənkəran-Astara magistral şose yolu boyunca iməcilikdə iştirak etdilər. İməcliklə bağlı görülən işlərdə rayon gəncləri də fəal iştirak ediblər.

Keçidlər