Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISININ HİRKAN QƏSƏBƏSİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ

27 sentyabr 2013 | 15:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 26-da Hirkan qəsəbəsində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Görüşü giriş sözü ilə açan inzibati ərazi dairəsinin nümayəndəsi Mehman Xəlilov bildirdi ki, nümayəndəlik Hirkan qəsəbəsini və Parakənd kəndini əhatə edir, 725 təsərrüfatda 3174 nəfər əhali yaşayır.
Sonra qəsəbə və kənd sakinlərindən Mərziyyə Əliyeva, Möhübbət Quliyev, Xalid Dadaşov, Məhəmməd Salayev və başqaları çıxış edərək respublikamızda, o cümlədən rayonumuzda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri barədə ürək sözlərini söylədilər, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Lənkərana və lənkəranlılara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdilər, oktyabrın 9-da keçiriləcək növbəti prezident seçkilərində dövlət başçımızın namizədliyini yekdilliklə dəstəkləyəcəklərini əminliklə söylədilər.
Görüşü yekunlaşdıran Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov nitqində Azərbaycanın sürətli inkişafından, inkişaf etməkdə olan dövlətlər sırasında ölkəmizin layiqli yer tutmasından, qazanılmış iqtisadi uğurların ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşmasına yönəlməsindən ətraflı bəhs etdi.
İcra başçısı həmçinin rayonumuzda çoxsaylı layihələrin, dövlət proqramlarının sürətlə icra edildiyini diqqətə çatdırdı, lənkəranlıların möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rayonumuza göstərdiyi yüksək diqqət və qayğıya əməli işləri ilə cavab verəcəklərinə əminliyini ifadə etdi.
Taleh Qaraşov ərazidə yaşayan sakinlər haqqında xoş sözlər söylədi, onların dövlətçiliyimizə sadiqliyini bildirdi, bugünkü görüş zamanı qaldırılan təkliflərin tezliklə həll ediləcəyini xüsusi vurğuladı, müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər