Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

ABŞ-IN ÖLKƏMİZDƏKİ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ RİÇARD MORNİNQSTAR LƏNKƏRANA SƏFƏR ETMİŞDİR

25 sentyabr 2013 | 15:00

ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri cənab Riçard Morninqstar sentyabrın 24-də Lənkəran şəhərinə səfərə gəlmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə İcra başçısı Taleh Qaraşov ali qonağı yenidən şəhərimizdə görməkdən məmnunluq hissini ifadə etdi, düz 1 il bundan əvvəl cənab səfirin Lənkərana səfər etdiyini xatırladan İcra başçısı ötən müddət ərzində rayonumuzda görülən işlər barədə səfirə məlumat  verdi.
Cənab Riçard Morninqstar yüksək qonaqpərvərliyə və səmimi qəbula görə İcra başçısına minnətdarlıq etdi və ötən 1 il ərzində Lənkəranda çoxlu dəyişikliklərin şahidi olduğunu söylədi, Lənkəranda Amerika Mərkəzi üçün ayrılacaq yerə görə İcra başçısına təşəkkürünü bildirdi.
Cənab səfir sonda kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibə verdi.
Həmin gün cənab R. Morninqstar “Lənkəran-Konserv” MMC-yə, “Palsüd” MMC-yə baş çəkdi, Lənkəranın bir sıra görməli yerləri ilə tanış oldu.

Keçidlər