Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISININ ŞƏHƏR SAKİNLƏRİ İLƏ GÖRÜŞÜ

21 sentyabr 2013 | 15:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov sentyabrın 20-də Lənkəran şəhərinin Füzuli və Amid Əsgərov küçələrində yaşayan sakinlərlə görüşdü.
Görüşü giriş sözü ilə Lənkəran ŞİH başçısının 1 nömrəli sahə üzrə inzibati ərazi dairəsinin nümayəndəsi Vidadi Dadaşov açaraq ərazidə yaşayan sakinlər haqqında məlumat verdi.
Ayrı-ayrı şəhər sakinləri çıxış edərək Lənkəranda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri barədə ürək sözlərini söylədilər, rayonumuza göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər, oktyabrın 9-da keçiriləcək növbəti prezient seçkilərində dövlət başçımızın namizədliyini yekdilliklə dəstəkləyəcəklərinə söz verdilər.
Sonra bir neçə sakin şəxsi xahişi ilə İcra başçısına müraciət etdi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında ölkə əhalisinin mütləq əksəriyyətinin möhtərəm Prezidentin daxili və xarici siyasətini dəstəklədiyini diqqətə çatdırdı, son on ildə Azərbaycanın sürətli və dinamik inkişafından danışdı, dövlət başçımızın diqqət və qayğısı sayəsində rayonumuzun gündən-günə inkişaf etdiyini, yeniləşdiyini və müasirləşdiyini söylədi.
Lənkəranlıların daim Ulu Öndər Heydər Əliyevin siyasətinə sədaqətli olduqlarını vurğulayan İcra başçısı cənab Prezident İlham Əliyevin rayonumuzun sosial-iqtisadi inkişafına dair son bir ildə imzaladığı 8 Sərəncamın əhəmiyyətindən danışdı, şəhərdə, qəsəbə və kəndlərdə aparlan tikinti-quruculuq işlərinin bundan sonra da müntəzəm davam etdiriləcəyini əminliklə söylədi.
Taleh Qaraşov sonda bugünkü görüş zamanı sakinlər tərəfindən qaldırılan təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər