Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA DAHA İKİ KƏNDƏ TƏBİİ QAZ VERİLDİ

18 sentyabr 2013 | 15:00

Sentyabrın 17-də rayonumuzun daha iki yaşayış məntəqəsinə – Bəlləbur və Mamusta kəndlərinə təbii qazın verilişinə başlandı. Bu münasibətlə hər iki kənddə təntənəli tədbir keçirildi.
Tədbirlərdə ŞİH-nin başçısı Taleh Qaraşov, İcra başçısının müavinləri, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının və bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Bəlləbur və Mamusta kəndlərində keçirilən tədbirləri giriş sözü ilə açan Şağlaküçə və Mamusta inzibati ərazi dairələrinin nümayəndələri Yədulla Yədullayev və Zərbəli Rəhmanov 21 illik fasilədən sonra ilk dəfə kəndlərə təbii qazın verilməsindən keçirdikləri sevinc hisslərini ifadə etdilər, bütün kənd sakinləri adından cənab Prezident İlham Əliyevə, ŞİH-nin başçısı Taleh Qaraşova və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Sonra kənd sakinləri çıxış edərək əlamətdar hadisə ilə əlaqədar sevinc hisslərini bölüşdülər. Onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına dərin təşəkkürlərini bildirdilər.
“Azəriqaz” İstehsalat Birliyinin tikinti departamentinin rəis müavini Kamran Cəfərov mavi yanacağın evlərə bərəkər və sevinc gətirməsini arzuladı.
Daha sonra Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxış edərək kənd sakinlərini salamladı, əlamətdar gün – yeni tədris ilinin başlanması və eyni zamanda kəndlərə mavi yanacağın verilməsi münasibətilə sakinləri təbrik etdi. İcra başçısı bildirdi ki, bu gün respublikamızda vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində dövlət proqramları həyata keçirilməkdədir. Bu, hər şeydən əvvəl, ölkə başçısının vətəndaşlara, xüsusilə ucqar kənd və qəsəbələrdə yaşayan sakinlərə göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Əbəs deyil ki, son 1 ildə cənab Prezident İlham Əliyev təkcə Lənkəranda sosial-iqtisadi sahənin daha da inkişafı, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün 8 Sərəncam imzalayıb. Bu sərəncamların icrası nəticəsində rayonun yol infrastrukturunun böyük hissəsi əsaslı olaraq təmir edilib, bir hissəsi isə yenidən qurulub. Rayonun bir sıra qəsəbə və kəndlərində müasir standartlara cavab verən orta məktəb binaları və səhiyyə ocaqları tikilərək istifadəyə verilib. Lənkəran Mərkəzi Rayon Xəstəxanası beynəlxalq tələblərə cavab verən səviyyədə əsaslı təmir edilib.
Çıxışlardan sonra kəndlərə təbii qazın verilməsini bildirən məşəllər alovlandırıldı.
Məlumat üçün bildirək ki, Bəlləbur kəndində əhaliyə təbii qazın verilməsi üçün ərazidə ümumilikdə 7516 metr uzunluğunda polad boru çəkilmiş, 144 sayğac quraşdırılmışdır. Mamusta kəndində isə 42700 metr polad boru çəkilmiş, 1250 sayğac quraşdırılmışdır.

Keçidlər