Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISI NÖVBƏTİ SƏYYAR QƏBUL GÖRÜŞÜNÜ DARQUBA KƏNDİNDƏ KEÇİRDİ

14 sentyabr 2013 | 15:00

İcra başçısı Taleh Qaraşov sentyabrın 13-də Darquba kəndinin sakinləri ilə görüşdü.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqalarının və bir sıra idarə, müəssisə və təşkilatların rəhərləri iştirak edirdilər.
Görüş başlayan kimi İcra başçısı kənd sakinlərinə xoş bir müjdəni çatdırdı. Belə ki,180 yerlik Darquba kənd tam orta məktəbinin yeni binasının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlandığını və lap yaxın günlərdə tikintiyə başlanılacağını bildirdi. Bu əlamətdar hadisə ilə əlaqədar cənab Taleh Qaraşov sevincini görüş iştirakçıları ilə bölüşdü.
Görüşü giriş sözü ilə açan Lənkəran ŞİH başçısının Kərgəlan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əflatun Əsgərov bildirdi ki, nümayəndəlik Kərgəlan, Lüvəsər, Darquba və Səbir kəndlərini əhatə edir. Ərazidə 1800 təsərrüfatda 5912 nəfər əhali yaşayır.
Kənd sakinlərindən Mais Kazımov, Reyhanə Sadıxova, Əülfəz Ağayev, Polad Əbilov və başqaları ilk növbədə Darquba kənd tam orta məktəbi üçün yeni binanın tikitisi ilə əlaqədar Azəraycan Prezidenti cənab İlham Əliyevə və Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova minnətdarlıqlarını bildirdilər və oktyabrın 9-da keçiriləcək Prezident seçkilərində dövlət başçımızın namizədliyini yekdilliklə dəstəkləyəcəklərini əminliklə söylədilər.
Çıxışlarda həmçinin kəndə təbii qaz xəttinin çəkilişinə görə minnətdarlıq duyğuları ifadə olundu və bəzi sosial prolemlər İcra başçısının diqqətinə çatdırıldı.
Sonra bir neçə sakin şəxsi xahişi ilə İcra başçısına müraciət etdi.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov görüşü yekunlaşdıraraq bu gün ölkə başçısının siyasətində ən ucqar dağ kəndlərində yaşayan əhalinin sosial prolemlərinin həllinin prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırdı. Məqsədyönlü, düşünülmüş siyasətin möhtərəm Prezidentimizin fəaliyyətinin əsasını təşkil etdiyini söyləyən İcra başçısı Azərbaycanın sürətlə ikişaf etməkdə olan dövlətlər sırasında öncül yerlərdən birini tutduğunu xüsusi vurğuladı.
Son on il ərzində regionların sosial iqtisadi ikişafına dair iki dövlət proqramının uğurla icra edildiyini bildirən Taleh Qaraşov əlavə etdi ki, 2014-2018-ci illərə aid üçüncü Dövlət Proqramı da hazırlanmışdır. Bu proqramda respublikanın bütün kənd və qəsəbələrinin sosial prolemlərinin həlli öz əksini tapmışdır.
İcra başçısı daha sonra qarşıdan gələn prezident seçkilərinə hazırlıq məsələlərindən danışdı, Lənkəranda azad demokratik və şəffaf seçkilərin keçirilməsi üçün lazımi şəraitin yaradıldığını söylədi.
Taleh Qaraşov sonda bu günki görüş zamanı qaldırılan təkliflərin həlli üçün müvafiq qurumların rəhərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər