Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISININ ŞAĞLASER KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ

12 sentyabr 2013 | 15:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 12-də Şağlaser kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Görüşü giriş sözü ilə açan inzibati ərazi dairəsinin nümayəndəsi Səbrəddin Həbibov nümayəndəliyin Şağlaser, Cil və Xarxatan kəndlərini əhatə etdiyini,  ərazidə 2060 təsərrüfatda 9481 nəfər əhalinin yaşadığını bildirdi, bir sıra problemləri İcra başçısının diqqətinə çatdırdı.
Ayrı-ayrı kənd sakinlərindən Qüdrət Şahbazov, Akif Miriyev, Yalçın Əliyev, İbrahim Məmmədov, İlham Cavadov və başqaları çıxış edərək ölkəmizdə, o cümlədən, rayonumuzda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə görə, eyni zamanda ərazidən keçən magistral yolun asfaltlaşdırılmasına görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşova dərin minnətdarlıqlarını bildirdilər, oktyabrın 9-da keçiriləcək növbəti prezident seçkilərində dövlət başçımızın namizədliyini dəstəkləyəcəklərini əminliklə söylədilər.
Sonra bir neçə sakin şəxsi xahişi ilə İcra başçısına müraciət etdi.
Görüşü yekunlaşdıran Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov  hazırda Lənkəranda gözəl ab-havanın, xoş əhval-ruhiyyənin hökm sürdüyünü söylədi. Möhtərəm Prezidentimiz İlham Əliyevin Lənkəran rayonuna sentyabrın 5-də reallaşan səfərinin yekunlarından danışan İcra başçısı lənkəranlıların bu səfərin xoş təəssüratları altında yaşadıqlarını dilə gətirdi. Qarşıda yeni layihələrin və real proqramların olduğunu söyləyən Taleh Qaraşov lənkəranlıları daha fəal olmağa, hamını dövlət başçımızın ətrafında sıx birləşməyə çağırdı.
İcra başçısı sonda görüş zamanı qaldırılan təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər