Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“YAŞIL ÇAY” JURNALI 1 İLLİYİNİ QEYD ETDİ

12 sentyabr 2013 | 15:00

Sentyabrın 11-də Lənkəranda “Yaşıl Çay”  jurnalının 1 illik yubileyi təntənə ilə qeyd olundu.
Əvvəlcə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və digər qonaqlar Heydər Əliyev Xatirə parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri qoydular.
Heydər Əliyev Mərkəzində keçirilən mərasimə rayon rəsmiləri, çayçılıq üzrə ixtisaslaşmış mütəxəssislərlə yanaşı, respublikanın tanınmış yazarları, qəzet redaktorları, Mətbuat Şurasının səlahiyyətliləri də qatılmışdılar.
Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov “Yaşıl Çay” jurnalının kollektivini yubiley münasibəti ilə təbrik edərək ölkədə Azərbaycan çayının əvvəlki şöhrətinin qaytarılması istiqamətində jurnalın apardığı səmərəli işi yüksək dəyərləndirdi.
Mətbuat Şurasının sədri Əflatun Amaşov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu , “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, çayçı alim Fərman Quliyev və başqaları yaradıcı kollektivə uğurlar arzuladılar.
Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov jurnalın kollektivini Fəxri fərmanla təltif etdi və qiymətli hədiyyə ilə mükafatlandırdı.
Eyni zamanda, 1  il ərzində jurnalda maraqlı yazılarla çıxış edən müəlliflər ayrı-ayrı nominasiyalar üzrə mükafatlandırıldılar.
Həmçinin, Milli Qəhrəman atası Ələkbər Əliyev, rəssam Adil Əsədli və “Lənkəran” qəzetinin baş redaktoru İltifat Əhmədov jurnalın kollektivinə hədiyyələr təqdim etdilər.

Keçidlər