Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

23 AVQUST HADİSƏLƏRİNDƏN 20 İL ÖTDÜ

24 avqust 2013 | 15:00

23 avqust 1993-cü il tarixində Azərbaycan dövləti böyük təhlükə ilə üzləşdi. Azərbaycanın müstəqilliyini istəməyən imperiyapərəst qüvvələr, onların yerli əlaltıları ölkəni parçalamağa, vətəndaş müharibəsi törətməyə cəhd etdilər. Separatçı qüvvələr Gəncə hadisələrini törətməklə, Talış-Muğan Respublikası yaratmaq kimi gülünc, sərsəri ideyalar ortaya atmaqla Azərbaycanı parçalamaq, məhv etmək məqsədini güdürdü. Belə bir ağır və son dərəcə təhlükəli vaxtda Ümummilli Lider Heydər Əliyev Azərbaycanı bütün bəlalardan, bölünmək təhlükəsindən xilas etdi. Xalqın sağlam qüvvələri  Ulu Öndərin ətrafında sıx birləşdi.
Hazırda 23 avqust hadisələrindən 20 il ötür. Bu münasibətlə Lənkəranda anım mərasimi keçirildi.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Milli Qəhrəmanlar Etibar Əliyev, Paşa Təhməzov, Soltanağa Bayramov və Rövşən Abdullayevin büstləri önünə tər qərənfil dəstələri qoydu. Sonra Milli Qəhrəmanların ailə üzvləri ilə görüşüb söhbət edən İcra başçısı onların qayğı və problemləri ilə maraqlandı.
Taleh Qaraşov 1993-cü ilin avqustunda Azərbaycanın müstəqilliyinin təhlükələrdən qorunmasında  lənkəranlıların böyük rol oynadığını bildirdi, Vətəninin, torpağının hər qarışını ürəkdən sevən, bu amal uğrunda canını qurban verən Milli Qəhrəmanların xatirəsinin xalqın qəlbində daim yaşadığını və əziz tutulduğunu qeyd etdi.
Daha sonra İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyətin nümayəndələri Milli Qəhrəmanların büstünü ziyarət etdilər, önünə gül dəstələri qoydular.

Keçidlər