Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISININ RVO KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ

22 avqust 2013 | 15:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü avqustun 21-də  Rvo kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və aparıcı təşkilatların rəhbərləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının Rvo inzibati ərazi dairəsi üzrə nümayəndəsi Oruc Şərbətov nümayəndəliyin Rvo, Əşlə və Mollakənd kəndlərini əhatə etdiyini,  ərazidə 344 təsərrüfatda 1596 nəfər əhalinin yaşadığını bildirdi, bir sıra sosial layihələrin həyata keçirildiyini söylədi və bəzi problemləri İcra başçısının diqqətinə çatdırdı.
Ayrı-ayrı kənd sakinlərindən Sevda Vəliyeva, Məmmədağa Əhmədov, Ramiz Əlifov, Nadir Məmmədov, Fərrux Əmirov və başqaları çıxış edərək ilk növbədə Rvo kəndinə təbii qazın verilməsinə görə ölkə başçısı cənab İlham Əliyevə və Lənkəran ŞİH başçısı Taleh Qaraşova minnətdarlıqlarını bildirdilər və oktyabrın 9-da keçiriləcək prezident seçkilərində yekdilliklə möhtərəm Prezidentimiz İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirdilər.
Sonra  bir neçə sakin şəxsi xahişləri ilə İcra başçısına müracət etdi.
Görüşü yekunlaşdıran Lənkəran ŞİH başçısı Taleh Qaraşov Azərbaycanda son 10 il ərzində qazanılan uğurların ölkəmizdə mövcud ictimai-siyasi sabitlik sayəsində əldə edildiyini, bütün səylərin ərazi bütövlüyümüzün və torpaqlarımızın azad olunmasına yönəldildiyini diqqətə çatdırdı, respublikamızda, o cümlədən  rayonumuzda aparılan  genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərindən bəhs etdi, son 1 il ərzində dövlət başçımızın  rayonumuzun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə əlaqədar imzaladığı sərəncamların uğurla icra edildiyini qeyd etdi, bu işdə lənkəranlıların əməyini yüksək qiymətləndirdi.
İcra başçısı sonda bugünkü görüş zamanı qaldırılan təkliflərin tezliklə həll ediləcəyini bildirdi və onların icrası üçün aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər