Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HESABAT-SEÇKİ KONFRANSI

06 iyul 2012 | 15:00

İyulun 5-də Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Lənkəran şəhər komitəsinin 2006-2012-ci illər üçün hesabat-seçki konfransı keçirilib.

Heydər Əliyev Dövlət İdarəçiliyi Universitetində keçirilən konfransda komitəyə daxil olan ilk həmkarlar təşkilatlarının sədrləri, Şəhər İcra Hakimiyyətinin rəsmiləri və rayonda fəaliyyət göstərən ictimai təşkilatların rəhbərləri iştirak edib.

 Konfransı DİİXHİ Lənkəran şəhər komitəsinin sədri Zivər Mustafayeva açıb. Gündəlik və reqlament təsdiq olunduqdan sonra Z.Mustafayevanın komitənin ötən fəaliyyət dövrü ərzində gördüyü işlərlə bağlı hesabat məruzəsi dinlənilib.

Tədbir komitənin ilk təşkilat sədrlərinin çıxışları ilə davam edib. Əhalinin Sosial Müdafiə Mərkəzinin ilk həmkarlar təşkilatının sədri Gülarə Hadiyeva, 6 saylı Ərazi Vergilər İdarəsinin ilk həmkarlar təşkilatının sədri Eldəniz Kərəmov, Lənkəran ŞİH ilk həmkarlar təşkilatının sədri Əzizulla Hüseynov və digərləri ötən dövr ərzində görülən işlər barədə məlumat verib, şəhər komitəsinin işinin qənaətbəxş qiymətləndirilməsini təklif ediblər.

 Daha sonra Həmkarlar İttifaqı Lənkəran şəhər komitəsinin idarə heyəti, plenum və komitə, təftiş komissiyası üzvləri və Azərbaycan DİİXİHİ-nın V Qurultayına nümayəndələr seçilib.

Konfransda komitənin yeni idarə heyətinin ilk iclası keçirilib. İdarə heyətinin üzvü Rza Baldadaş oğlu Rzayev açıq seçki yolu ilə komitənin yeni sədri seçilib.

Lənkəran Şəhər İcra Hakimiyyəti ərazi və idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sərraf Heydərov çıxış edərək İcra başçısı Taleh Qaraşovun konfrans iştirakçılarına salamlarını çatdırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Konfransı Azərbaycan DİİXİHİ-nin sədr müavini Əbülfəz Mehdiyev yekunlaşdırıb.

Keçidlər