Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

TALEH QARAŞOV ŞOVU KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞ KEÇİRDİ

22 avqust 2013 | 15:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov avqustun 21-də  Şovu kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və aparıcı təşkilatların rəhbərləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının Şovu inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sehran Alışov nümayəndəliyin Şovu, Təngivan və Siyablı kəndlərini əhatə etdiyini,  ərazidə 766 təsərrüfatda 2304 nəfər əhalinin yaşadığını bildirdi və mövcud olan bəzi problemləri İcra başçısının diqqətinə çatdırdı.
Ayrı-ayrı kənd sakinlərindən Balaxan Əmirov, Hüseyn Sucayev, İmran Məmmədov, Ağaxan Əmirov, Adil Məmmədov və başqaları çıxış edərək ilk növbədə Şovu kəndinə təbii qazın verilməsini İcra başçısından xahiş etdilər,  respublikamızda, o cümlədən rayonumuzda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə yüksək qiymət verdilər və oktyabrın 9-da keçiriləcək prezident seçkilərində yekdilliklə möhtərəm Prezidentimiz İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirdilər.
Sonra  bir neçə sakin şəxsi xahişləri ilə İcra başçısına müracət etdi.
Görüşü yekunlaşdıran Lənkəran ŞİH başçısı Taleh Qaraşov bu ərazidə yaşayan sakinlərin hər zaman Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarına, dövlətimizə və dövlətçiliyimizə sadiq olduqlarını xüsusi vurğuladı. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin  rəhbərliyi altında Azərbaycanın sürətli inkişafından söz açan İcra başçısı qeyd etdi ki, xalqımızın milli maraqları hər zaman qorunur və getdikcə möhkəmlənir. Azərbaycan vətəndaşları fəxr edir və qürrələnirlər ki, onların arxasında qüdrətli Azərbaycan dövləti  və alternativi olmayan Prezidenti İlham Əliyev dayanır. Bu dövlətin və hakimiyyətin ömrü uzundur, çünki o , xalqa arxalanır.
İcra başçısı sonda bugünkü görüş zamanı qaldırılan təkliflərin tezliklə həll ediləcəyini bildirdi və onların icrası üçün aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər