Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISININ KƏRGƏLAN KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ

16 avqust 2013 | 15:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü avqustun 15-də  Kərgəlan kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və aparıcı təşkilatların rəhbərləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının Kərgəlan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əflatun Əsgərov məlumat verərək bildirdi ki, nümayəndəlik Kərgəlan, Lüvəsər, Darquba və Səbir kəndlərini əhatə edir. 1518 təsərrüfatda 5912 nəfər əhali yaşayır. Kərgəlan kəndinə təbii qaz xətti çəkilmişdir. Hazırda son tamamlanma işləri aparılır. Darquba və Səbir kəndlərində təbii qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir, yaxın vaxtlarda isə Lüvəsər kəndində bu işə başlanılacaq.
İcra nümayəndəsi həmçinin ərazidə elektrik dirəklərinin və naqillərinin köhnə olduğunu, Kərgəlan kənd məktəbinə gedən yolun asfaltlaşdırılmasının vacibliyini İcra başçısının diqqətinə çatdırdı.
Sonra kənd sakinlərindən Şaban Şəfiyev, Qılman Rzayev, İlkin Rzayev, Fətulla Əliyev, Hidayət Vəliyev, Rəşid Bayramov və başqaları çıxış edərək ürək sözlərini söylədilər, Azərbaycan Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini bildirdilər, dövlət başçımızın Lənkəran rayonuna göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdilər, oktyabr ayının 9-da keçiriləcək növbəti prezident seçkilərində cənab İlham Əliyevə bir nəfər kimi səs verəcəklərini xüsusi vurğuladılar.
Sonra ayrı-ayrı kənd sakinləri şəxsi xahişləri ilə İcra başçısına müracət etdilər.
Görüşü yekunlaşdıran Lənkəran ŞİH başçısı Taleh Qaraşov Azərbaycanın son 10 ildə qazandığı uğurlardan ətraflı bəhs etdi. 7 il öncə Azərbaycanda səfərdə olmuş  Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana son səfəri zamanı ölkəmizin irəliyə doğru inkişafını yüksək dəyərləndirdiyindən söz açan İcra başçısı bildirdi ki, V. Putin paytaxt Bakının, o cümlədən bölgələrin simasının yaxşılığa doğru tanınmaz dərəcədə dəyişildiyini, Azərbaycanla Rusiya arasında ticari əlaqələrin ildən-ilə möhkəmləndiyini, iki dost ölkə arasında bütün sahələrdə qarşılıqlı anlaşmanın hökm sürdüyünü diqqətə çatdırmışdır.
İcra başçısı daha sonra Azərbaycan Prezidentinin sərəncamları ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair son iki Dövlət Proqramlarının uğurla icra edildiyini, növbəti Dövlət Proqramında respublikanın bütün kənd və qəsəbələrinin infrastrukturunun yenilənməsi layihələrinin həyata keçiriləcəyini, həmçinin Lənkəranda  yeni-yeni sosial obyektlərin, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının istifadəyə veriləcəyini əminliklə söylədi.
T.Qaraşov sonda bugünkü görüş zamanı irəli sürülən bir sıra təkliflərin icrası üçün aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər