Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISININ LƏJ KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ

15 avqust 2013 | 15:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü avqustun 14-də Ləj kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Görüşü giriş sözü ilə açan inzibati ərazi dairəsinin nümayəndəsi Bayram Cəfərov bildirdi ki, kənddə 465 təsərrüfatda 1842 nəfər əhali yaşayır. Onlardan 937 nəfəri qadın, 905 nəfəri isə kişidir.
İcra nümayəndəsi məlumatında həmçinin kənddə bir sıra problemləri qeyd edərək 2 kilometrlik Haftoni-Ləj yolunun əsaslı təmirə ehtiyacı olduğunu, kəndə təbii qaz xəttinin çəkilməsinin vacibliyini, elektrik dirəklərinin və naqillərinin köhnə olduğunu İcra başçısının diqqətinə çatdırdı.
Sonra kənd sakinlərindən İlkin Yaqubov, Babək Cəfərov, Ələkbər Əliyev, Ramiz Quliyev, Müşfiq Quliyev, Nizam Cəfərov və Habil Əliyev çıxış edərək respublikamızda, o cümlədən rayonumuzda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri barədə ürək sözlərini söylədilər, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Lənkərana və lənkəranlılara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdilər, oktyabrın 9-da keçiriləcək növbəti prezident seçkilərində dövlət başçımızın namizədliyini yekdilliklə dəstəkləyəcəklərini əminliklə söylədilər.
Sonra bir neçə sakin şəxsi xahişi ilə İcra başçısına müraciət etdi.
Görüşü yekunlaşdıran Lənkəran ŞİH başçısı Taleh Qaraşov nitqində Azərbaycanın sürətli inkişafından, inkişaf etməkdə olan dövlətlər sırasında ölkəmizin daha çox seçildiyindən, qazanılmış iqtisadi uğurların ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşmasına yönəlməsindən ətraflı bəhs etdi.
İcra başçısı həmçinin rayonumuzda çoxsaylı layihələrin, dövlət proqramlarının sürətlə icra edildiyini diqqətə çatdırdı, lənkəranlıların möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rayonumuza göstərdiyi yüksək diqqət və qayğıya əməli işləri ilə cavab verəcəklərinə əminliyini ifadə etdi.
Taleh Qaraşov çıxışında Ləj kənd sakinləri haqqında xoş sözlər söylədi, onların dövlətçiliyimizə sadiqliyini bildirdi, bugünkü görüş zamanı qaldırılan təkliflərin tezliklə həll ediləcəyini xüsusi vurğuladı, müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər