Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Heydər Əliyev Mərkəzində yay istirahət düşərgəsinin uşaqları üçün təqdimat keçirildi

13 avqust 2013 | 15:00

12 avqust 2013 cü il tarixində Heydər Əliyev Mərkəzində   ’’Azərbaycan-doğma diyarım’’ mövzusunda gənclər üçün təşkil edilən  düşərgənin 5-ci qrup uşaqları üçün Mərkəzin rəsm studiyası üzvlərinin əl işlərinin təqdimatı  təşkil olundu. Təqdimatda bildirildi ki , ’’Azərbaycan uşaqların gözü ilə’’  adlanan sərginin əsas leytimativi həvəskar rəssamların vətənə olan hiss və duyğularının tərənnümündən ibarətdir. Əsərlərdə xalqımızın öz müstəqilliyini qoruyub saxlamaq əzmi və tarixi yaddaş müxtəlif çalarlarla  nümayiş etdirildi.   Sonra    Mərkəzin bələdçisi əsasən Qəbələ, Saatlı, Oğuz və Sabirabad rayonlarından  olan iştirakçılara Ulu Öndərin ictimai-siyasi fəaliyyəti və milli mədəniyyətin inkişafı sahəsindəki xidmətləri barədə ətraflı məlumat verdi  və onları  elektron kitabxana   ilə  tanış etdi.

Keçidlər