Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ NÖVBƏTİ APARAT MÜŞAVİRƏSİ KEÇİRİLDİ

07 avqust 2013 | 15:00

Avqustun 6-da Lənkəran Şəhər İcra Hakimiyyətində növbəti Aparat müşavirəsi keçirildi. Müşavirədə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyun 2013-cü il tarixli Sərəncamı ilə təltif olunmuş Lənkəran ŞİH Başçısı Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Ələkbər oğlu Əliyevə “Dövlət qulluğunda fərqlənməyə görə” medalını və vəsiqəsini təqdim etdi, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzuladı.
Aparat müşavirəsində ötən həftə ərzində görülmüş işlərə  münasibətini bildirən İcra başçısı yarımçıq qalmış bütün  işlərə bir daha nəzər salınmasını və onların operativ başa çatdırılmasını tapşırdı.  Bildirildi ki, Liman ərazisində, Akademik Zərifə Əliyeva küçəsində, Heydər Əliyev prospektində, Göyşaban, Ləvəngi və Gərmətük dairələrində, Gənclər Mərkəzində, Heydər Əliyev Xatirə parkında, Həzi Aslanov adına parkda, Şəhidlər Xiyabanı küçəsində, Mərkəzi Rayon Xəstəxanasında, Gərmətük dairəsindən İcra Hakimiyyətinədək olan ərazidə proqram üzrə işlər tamamlanmalı, marşrut boyu həmin ərazilərdə yerləşən obyektlərdə yarımçıq işlər başa çatdırılmalı, təmizlik, əlavə yaşıllaşdırma və səliqə-sahman işləri yüksək səviyyədə icra olunmalıdır.
Aparat müşavirəsində həmçinin digər cari məsələlər də müzakirə edildi və konkret tapşırıqlar verildi.
Daha sonra Lənkəran ŞİH başçısının “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tələblərinə Lənkəran rayonu ərazisində əməl olunması, idarə, təşkilat, xidmət, ticarət və digər obyektlərin adının, küçə və divar reklamlarının Azərbaycan dilinin normalarına uyğun yazılma vəziyyətini araşdırmaq və bu sahədə nöqsanları aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görülməsi haqqında” 11 iyul  2013-cü il tarixli 326 saylı Sərəncamı ilə yaradılmış komissiyanın keçirdiyi reydlərin nəticələri barədə Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşovun məlumatı dinlənildi.

Keçidlər