Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“XƏZƏR LƏNKƏRAN” AVROLİQADA ILK OYUNDA HEÇ-HEÇƏ ETDİ

06 iyul 2012 | 15:00

İyulun 5-də futbol klublarımız Avropa Liqasında mübarizəyə başlayıb. İlk olaraq “Xəzər Lənkəran” meydana çıxıb.Lənkəran klubu “Fırtınalar meydanı”nda Estoniyanın “Nomme Kalyu” klubunu sınağa çəkib. Stadionu tamamilə dolduran azarkeşlər erkən qola şahidlik edib. Belə ki, “Nomme Kalyu”nun yapon futbolçusu Hidetoşi Vakau 5-ci dəqiqədə hesabı açıb. Cəmi iki dəqiqə sonra Branimir Subaşiç tarazlığı bərpa edib. 31-ci dəqiqədə Manuel Skarlatake “Xəzər Lənkəran”ı hesabda önə keçirib. Təmsilçimiz bundan sonra çoxsaylı qol imkanlarını boşa verib və əvəzində estonlar bərabərlik qolunu vurub. 70-ci dəqiqədə Eyno Puri fərqlənib. Bununla da oyun 2:2 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, təkrar oyun iyulun 10-da Estoniyanın paytaxtı Tallinn şəhərində baş tutacaqdır.

Keçidlər