Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISININ HAFTONİ QƏSƏBƏSİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ

02 avqust 2013 | 15:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü avqustun 1-də Haftoni qəsəbəsində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Görüşü giriş sözü ilə açan Haftoni inzibati ərazi dairəsinin nümayəndəsi Zahid Əzimov bildirdi ki, ərazi dairəsi Haftoni qəsəbəsini, Talışlı və Xanlıqlı kəndlərini əhatə edir. İnzibati ərazi dairəsində 702 təsərrüfatda  2972 nəfər əhali yaşayır. Çıxış edən ayrı-ayrı sakinlər respublikamızda, o cümlədən rayonumuzda  aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə görə möhtərəm Prezident İlham Əliyevə və İcra başçısı Taleh Qaraşova minnətdarlıqlarını xoş sözlərlə ifadə etdilər və oktyabr ayında keçiriləcək prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklərini bildirdilər. Sakinlər bir sıra təkliflər irəli sürdülər, ərazidə təbii qazın əhalinin istifadəsinə verilməsini xahiş etdilər, elektrik təsərrüfatında mövcud çatışmazlıqları İcra başçısının diqqətinə çatdırdılar.
Sonra bir neçə sakin şəxsi xahişi ilə İcra başçısına müraciət etdi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin iyulun 18-də  keçirilən  2013-cü ilin 6 ayının  sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə  həsr olunan iclasında dövlət başçısının çıxışından irəli gələn mühüm məsələlər və bu məsələlərdən irəli gələn vəzifələr barədə geniş məlumat verdi.
Taleh Qaraşov həmçinin bildirdi ki, Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən dövlət başçısı hazırda dünya şöhrətli lider kimi tanınır. 10 il ərzində ölkəmizi qüdrətli bir dövlətə çevirən cənab Prezidentimiz Azərbaycanı nəinki Cənubi Qafqazın lider dövlətinə çevirmiş, eyni zamanda, ölkəmizi iqtisadi cəhətdən inkişaf etmiş dünya dövlətləri sırasına çıxarmağa nail olmuşdur.
Sonda İcra başçısı görüş zamanı qaldırılan təkliflərin zaman-zaman həll ediləcəyini bildirdi, bu il ərazidə təbii qazın əhalinin istifadəsinə veriləcəyini əminliklə söylədi və əlaqədar təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər