Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ YAY İSTİRAHƏT DÜŞƏRGƏSİNİN GƏNCLƏRİ ÜÇÜN TANIŞLIQ

01 avqust 2013 | 15:00

31 iyul 2013-cü il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin ’’Azərbaycan-doğma diyarım’’ mövzusunda gənclər üçün təşkil edilən yay istirahət düşərgəsinin Lənkəran proqramı çərşivəsində tanışlıq təşkil olundu. Əsas məqsəd gənclər və yeniyetmələr arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının təbliğ edilməsi, diyarşünaslığın inkişaf etdirilməsi və asudə vaxtın səmərəli təşkil edilməsindən ibarət idi. Mərkəzin bələdçisi F.Məmmədova əsasən Bakı, Sumqayıt, Siyəzən, Quba, Qusar, Gəncə, Samur və Gədəbəy rayonlarından olan iştirakçılara memorial muzeydə Ulu Öndərin ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat vermiş  və onları Mərkəzdə yaradılan digər xidmət resursları ilə  tanış etmişdir. Sonda  iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Mərkəzdə proqram çərçivəsində tədbirlər davam etdiriləcəkdir.

Keçidlər