Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ NÖVBƏTİ APARAT MÜŞAVİRƏSİ KEÇİRİLDİ

31 iyul 2013 | 15:00

İyulun 30-da Lənkəran Şəhər İcra Hakimiyyətində növbəti Aparat müşavirəsi keçirildi. Müşavirədə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyə sədrləri iştirak edirdilər.Müşavirədə prezident seçkilərinə hazırlıq, ötən həftə ərzində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edildi.
Taleh Qaraşov daha sonra ötən həftə ərzində  rayonumuzda aparılan abadlıq və səliqə-sahman işlərinə münasibətini bildirdi, bu işlərin avqustun 15-dək tam başa çatdırılmasını, bütün səylərin maksimum səviyyədə səfərbər olunmasını tapşırdı.
Müşavirədə İcra başçısının birinci müavini İlqar Dadaşov prezident seçkilərinə hazırlığın gedişi barədə məlumat verdi, rayonumuzda 4 Dairə Seçki Komissiyasına daxil olan məntəqələrdə seçkiyə hazırlıq məsələlərindən danışdı, ötən həftə şəhərdə görülmüş abadlıq və səliqə-sahman işləri haqqında söz açdı.
Sonra Lənkəran ŞİH başçısının müavinləri – Möhübbət Babayev, İlkin Rəhimov və Vüsal Nəsirli, şöbə müdirləri Əlimərdan Əliyev, Mahir Axundov və Fuad Əhədov keçən həftə ərzində görülmüş işlər barədə hesabat verdilər.
İcra başçısı T.Qaraşov Aparat müşavirəsini yekunlaşdıraraq qarşıda duran mühüm vəzifələri bir daha əlaqədar təşkilat rəhbərlərinin diqqətinə çatdırdı.
 

Keçidlər