LƏNKƏRAN ŞƏHƏR GƏNCLƏR VƏ İDMAN İDARƏSİNİN TƏŞKİLATÇILIĞI İLƏ LƏNKƏRAN DÖVLƏT DRAM TEATRINDA“ƏCNƏBİ KÜRƏKƏN” ADLI TAMAŞA SƏHNƏLƏŞDİRİLDİ
Gənclər arasında vətənpərvərlik hisslərinin tərənnümü, dövlətçiliyimizə və tariximizə hörmət və sevgi hisslərinin yüksəldilməsi sahəsində Lənkəran şəhər Gənclər və İdman İdarəsi tərəfindən məqsədyönlü şəkildə maarifləndirmə və təbliğat işi aparılmış, bu istiqamətdə müxtəlif səpkili tədbirlər keçirilmişdir.Belə tədbirlərdən biri də 22 iyul 2013-cü il tarixdə idarənin təşkilatçılığı ilə Lənkəran Dövlət Dram Teatrında səhnələşdirilmiş “Əcnəbi kürəkən” adlı teatr tamaşası olmuşdur.Maarif Məmmədovun dram əsəri əsasında səhnələşdirilən tamaşanın əsas ideyası gənclərdə vətənə məhəbbət hisslərinin aşılanmasıdır. Milli-mədəni irsimizin və adət-ənənələrimizin qorunub saxlanması, qədim tarixə malik ailə, valideyn münasibətlərinin, dostluq münasibətlərinin gənclərə düzgün şəkildə çatdırılması sahəsində bu tamaşa müstəsna rola malik olmuşdur.Əsərdə həmçinin yalançılıq, ikiüzlülük kimi mənfi xüsusiyyətlər də işıqlandırılmışdır.
Tamaşada 300-ə yaxın gənc və yeniyetmə iştirak etmişdir.Tamaşa iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.