LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISI YANINDA KEÇİRİLƏN GENİŞ TƏRKİBLİ ŞURA İCLASINDA YARIM İLİN YEKUNLARI MÜZAKİRƏ EDİLDİ
İyulun 23-də Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi.
İclasda 2013-cü ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr müzakirə edildi.
İclasa sədrlik edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının giriş və yekun nitqlərindən irəli gələn mühüm məsələlərdən danışdı.
T.Qaraşov bildirdi ki, 2013-cü ilin ilk yarısı da əvvəlki illərdə olduğu kimi, mühüm uğurlarla başa çatmışdır. Birinci yarımildə sosial-iqtisadi həyatın bütün sahələrində rəvan inkişaf davam etmiş, nəzərdə tutulan proqram və layihələrin təqvim planına tam uyğun icrası təmin edilmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində bu dövrdə makro-iqtisadi vəziyyət sabit olmuş, ümumi daxili məhsul istehsalı 5 faiz artmışdır.
İcra başçısı həmçinin ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi sahələrində qazanılmış uğurlardan danışdı, həlli vacib məsələləri bir daha diqqətə çatdırdı.
Sonra məruzə üçün söz ŞİH başçısının müаvini – Sosial-iqtisadi inkişаfın тəhlili və prоqnоzlаşdırılmаsı şöbəsinin müdiri İlkin Rəhimоvа verildi. Məruzəçi 2013-cü ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş hesabat məruzəsi ilə çıxış etdi.
İlkin Rəhimоv bildirdi ki, ölkə iqtisadiyyatında davam etmiş yüksəliş Lənkəran rayonunun da sosial-iqtisadi tərəqqisinə müsbət təsir göstərmiş və rayonda bütün sahələr üzrə artım əldə olunmuşdur.
Məruzə ətrafında şəhər Maliyyə İdarəsinin rəisi İqbal Rəcəbov, Lənkəran Qaz-İstismar Sahəsinin rəisi Ceyhun Axundov, Lənkəran Bölgə Təcrübə stansiyasının direktoru Həzər Hüseynov və Lənkəran Su-Kanal İdarəsinin rəisi Rövşən Təhməzov çıxış edərək cari ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verdilər.
Şura iclasını ŞİH-nin başçısı Taleh Qaraşov yekunlaşdıraraq növbəti yarım ildə qarşıda duran vəzifələri uğurla icra etməkdən və mövcud problem və nöqsanları aradan qaldırmaqdan ötrü idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi.
Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edildi.