Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

2 İYUL POLİS İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD EDİLDİ

02 iyul 2012 | 15:00

2 iyul Polis işçilərinin peşə bayramı günü Lənkəranda da təntənə ilə qeyd edilib. Bu münasibətlə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyev Xatirə parkında yerləşən Ulu Öndərin əzəmətli abidəsini ziyarət edib, abidə önünə təzə-tər gül dəstələri düzüblər. Tədbir Lənkəran Şəhər-Rayon Polis Şöbəsində davam edib. İlk olaraq Lənkəran ŞRPŞ-nın rəisi, polis polkovniki Elxan Əliyev çıxış edərək şəxsi heyəti bayram münasibətilə təbrik edib. Sonra Azərbaycan Respublikası Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun bayram münasibətilə şəxsi heyətə ünvanladığı təbrik məktubu oxunub. Daha sonra Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxış edərək polis orqanlarında çalışanları bayram münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İcra başçısı bildirib ki, bu gün ölkədə əmin-amanlığın qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin edilməsində daxili işlər orqanlarında çalışanların əməyi tədqirəlayiqdir. Məhz bunun nəticəsidir ki, bu gün polis orqanlarında çalışanlara yüksək dövlət qayğısı göstərilir. Tədbirdə xidməti zamanı fərqlənən üç polis nəfərinə Lənkəran ŞİH-nin Fəxri fərmanı təqdim edilib. Həmçinin veteran polis işçilərinə qiymətli hədiyyələr verilib. Tədbirdə rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri çıxış edərək iştirakçılara bayram təbriklərini çatdırıblar.

Keçidlər