"FƏNƏRBAXÇA" "XƏZƏR-LƏNKƏRAN"A QALİB GƏLDİ
22 iyul 2013 | 15:00
"Xəzər-Lənkəran" futbol klubunun 10 illiyi münasibətilə "ağ yaşıllar" iyulun 21-də Türkiyə nəhəngi "Fənərbaxça" ilə yoldaşlıq görüşü keçiriblər.
Lənkəran şəhər stadionunda keçirilən, 15 minə yaxın azarkeşin izlədiyi oyunu FİFA referisi Vüsal Əliyev idarə edib.
Böyük maraq kəsb edən matç 4:0 hesabı ilə "Fənərbaxça"nın qələbəsilə başa çatıb.
Oyunda qolları 4-cü dəqiqədə Mikal Kadleç, 45-ci dəqiqədə Vebo, 89-cu dəqiqədə Mehmet Topuz və 93-cü dəqiqədə Raul Mereleş vurub.