Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ NÖVBƏTİ APARAT MÜŞAVİRƏSİ KEÇİRİLDİ

17 iyul 2013 | 15:00

İyulun 16-da Lənkəran Şəhər İcra Hakimiyyətində növbəti Aparat müşavirəsi keçirildi. Müşavirədə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyə sədrləri iştirak edirdilər.
     Müşavirədə Lənkəran ŞİH başçısının müavinləri – Möhübbət Babayev, İlkin Rəhimov, Tofiq Rzayev, Vüsal Nəsirli, İcra Aparatının şöbə müdirləri Əlimərdan Əliyev, Mahir Axundov və Fuad Əhədovun məlumatları dinlənildi. Bildirildi ki, ötən həftə ərzində rayonun giriş qapısı olan Qumbaşı kəndindən tutmuş Astara ərazisinədək magistral yol boyunda, şəhər ərazisində, prospekt və küçələrdə, park və bağlarda proqramda nəzərdə tutulmuş işlər sürətlə icra olunmuş, abadlıq, tikinti və səliqə-sahman işləri aparılmışdır.
     Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov müşavirədə xüsusi vurğuladı ki, ərazilərdə abadlıq, səliqə-səhman işləri kampaniya xarakteri daşımamalı, bu işlər daim diqqətdə saxlanılmalı və keyfiyyətlə yerinə yetirilməlidir.
     İcra başçısı həftə ərzində görüləcək işləri bir daha əlaqədar qurumların diqqətinə çatdırdı, müvafiq tapşırıq və tövsiyələrini verdi.
     Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşov idarə və təşkilatlarda, xidmət sahələrində, reklam və elanlarda “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yalnız dövlət dilinin işlənilməsi və bu sahədə özbaşınalıqların qarşısının alınması, yol verilmiş nöqsanların aşkar edilərək aradan qaldırılması üçün komissiya yaradılması haqqında Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşovun sərəncamı ilə müşavirə iştirakçılarını tanış etdi.
     İcra başçısı Taleh Qaraşov bu məsələyə münasibətini bildirərək qeyd etdi ki, Lənkəran rayonu ərazisində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun icrası istiqamətində müəyyən iş görülmüşdür. Bununla yanaşı, həmin Qanunun  müddəalarına zidd olaraq xidmət, ticarət və digər obyektlərin adı və fəaliyyət növü haqqında məlumatların yerləşdirildiyi lövhələrin, xüsusən küçə, divar reklamlarının xarici dillərdə yazılması hallarına hələ də rast gəlinir. Adı çəkilən komissiya “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tələblərinə Lənkəran rayonu ərazisində əməl olunması, idarə, təşkilat, xidmət, ticarət və digər obyektlərin adının, küçə və divar reklamlarının Azərbaycan dilinin normalarına uyğun yazılma vəziyyətini araşdırmaq və bu sahədə nöqsanları aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görülməsi məqsədilə yaradılmışdır.
     T.Qaraşov sonda komissiyanın tərkibinə inzibati ərazi dairələrinin nümayəndələrinin də daxil edilməsini və operativ reydlərə başlanılması tapşırığını verdi.

Keçidlər