Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ “HEYDƏR ƏLİYEV FENOMENİ-AZƏRBAYCANIN DAHİLİK ZİRVƏSİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR

13 iyul 2013 | 15:00

12 iyul  2013 - cü il tarixdə Heydər Əlıyev Mərkəzində Ulu Öndərin  Azərbaycanda ilk dəfə  hakimiyyətə gəldiyi tarixi günə həsr olunmuş “Heydər Əliyev fenomeni –Azərbaycanın dahilik zirvəsi” mövzusunda tədbir  keçirilmişdir. Lənkəran Dövlət Universitetinin birinci kurs tələbələrinin qatıldığı tədbiri Mərkəzin direktoru Seyidzadə Şəfiyeva  açaraq iştirakçılara böyük dövlət və siyasət xadiminin keçdiyi  ömür yolu haqqında ətraflı məlumat vermişdir. Tədbirdə vurğulanmışdır ki, H.Əliyev14 iyul 1969 –cu ildə AKP MK –nın  birinci katibi  seçilmiş və  onun respublikaya rəhbərliyinin bu dövrü ictimai-iqtisadi inkişafın  bütün sahələrində sürətli inkişaf dövrü olmuşdur. Həmin illərdə ölkədə təsərrüfat sahələrinin səmərəliliyi bərpa edilmiş , iqtisadiyyatın sənaye bazası genişləndirilmiş, idarəetmə mexanizmi təkmilləşdirilmiş, qanunçuluq və ictimai-siyasi fəallıq artırılmış, milli –mənəvi   özünüdərkin və mədəniyyətin yüksəlişi sahəsində əhəmiyyətli işlər görülmüşdür. 1993 –cü ildən respublikaya rəhbərliyinin ikinci dövrünü başlayan , müstəqil Azərbaycan dövlətini quran və bütün dünyaya tanıdan bu fövqəlbəşər insan XX əsrin II yarısı, XXI əsrin əvvələrinin ən görkəmli siyasi xadim və böyük tarixi şəxsiyyəti kimi əbədiyaşardır. Sonda Ümummilli Lıderin ictimai-siyasi fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmiş, iştirakçılar tədqiqat otağında , elektron kitabxanada  və memorial muzeydə siyasi irslə tanış olmuşlar.

Keçidlər