Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRİ LƏNKƏRANDA VƏTƏNDAŞLARI QƏBUL ETDİ

06 iyul 2013 | 15:00

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) rəhbərliyi tərəfindən Bakıda və müxtəlif bölgələrdə vətəndaş qəbulları davam etdirilir.
Bu istiqamətdə növbəti tədbir kimi iyulun 5-də nazir Fizuli Ələkbərov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarının sakinlərini qəbul edib.
Qəbul zamanı ümumilikdə 80 nəfərə yaxın sakinin «Açıq qapı» şəraitində müraciətləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılıb və bir sıra vətəndaşların qaldırdıqları məsələlər yerindəcə həll olunub.
Bununla yanaşı, aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özünədəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunaraq, onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınıb. Nazir Fizuli Ələkbərov digər müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv və ədalətli şəkildə həllini tapması barədə müvafiq struktur bölmələrinə tapşırıqlar verib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
ƏƏSMN-in aparat rəhbəri Elnur Kələntovun verdiyi məlumata görə, ötən il və cari ilin 6 ayı ərzində əmək və əhalinin sosial müdafiəsi naziri və nazirliyin digər rəhbər şəxsləri tərəfindən Bakıda və müxtəlif bölgələrdə ümumilikdə 23 dəfə vətəndaş qəbulu,  eyni zamanda bölgələrdə yaşayan vətəndaşların videokonfrans sistemi vasitəsilə distant formada qəbulu həyata keçirilib. Qəbullar nəticəsində ümumilikdə 1000 nəfərədək vətəndaşın müraciətləri araşdırılaraq, müvafiq tədbirlər görülüb.
Bununla yanaşı, 24 may 2013-cü il tarixdə nazir Fizuli Ələkbərov tərəfindən ölkədə ilk dəfə olaraq Nazirliyin rəsmi “Facebook” səhifəsi vasitəsilə 70-ə yaxın, ümumən isə bu sosial şəbəkə üzrə indiyədək 120-yə yaxın müraciət cavablandırılıb.

Keçidlər