Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ LDU-NUN TƏLƏBƏLƏRİ ÜÇÜN TƏCRÜBƏ İŞİ TƏŞKİL OLUNDU

02 iyul 2013 | 15:00

İyulun 1-də Heydər Əliyev Mərkəzində Lənkəran Dövlət Universitetinin Tarix və Coğrafiya ixtisası üzrə birinci kurs əyani və qiyabi təhsil alan tələbələri ücün arxiv, muzey  və etnoqrafiya sahələrini əhatə edən təcrübə işi təşkil olunmuşdur. LDU –nun tarix kafedrasının müdiri, tarix elmləri namizədi Rakif İbadov və baş müəllim Həşim Kəlbiyevin rəhbərliyi  ilə hazırlanmış təcrübə ilk olaraq Ulu Öndərin memorial muzeyi ilə tanışlıqdan başlamışdır. Mərkəzin direktoru Seyidzadə Şəfiyeva tələbələri salamlayaraq milli tərəqqidə və dövlət quruculuğunda təhsilin və tərbiyənin əvəzsiz rolu olduğunu vurğulamış, Heydər Əliyevin  zənğin irsinin, şəxsi nümunəsinin, ictimai-siyasi fəaliyyətinin gənc nəslin milli və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması üçün çox önəm daşıdığını qeyd etmiş. O, Mərkəzin fəaliyyəti haqqında məlumat vermiş və  bildirmişdir ki, bu ideoloji ocaq Ulu Öndərin ictimai-siyasi fəaliyyətinin təbliği və tədqiqi, eyni zamanda yeniyetmə və gənclərin istedadlarının formalaşması istiqamətində qısa zaman kəsiyində iki layihəyə imza atmışdir. Sonra Mərkəzin bələdçisi Fatimə Məmmədova tərəfindən tələbələr memorial muzeyin ekspozisiyası ilə tanış edilmiş və suallar cavablandırılmışdır.

Keçidlər